Menu

İŞİD TÜRKİYƏNİ TƏHDİD EDİR - Fotolar

02.01.2017, 12:05
İŞİD TÜRKİYƏNİ TƏHDİD EDİR - Fotolar

İŞİD-in noyabr ayında İstanbul Boğazı, İstanbul Universiteti və Efes qədim şəhərinə hədəf alan şəkillər istifadə etdiyi ortaya çıxıb.

"AzPolitika"nın məlumatına görə, İstanbul Universiteti ilə əlaqədar paylaşılan şəkildə Türk bayrağı başı aşağı olaraq göstərilib.

İŞİD-in noyabr ayında İstanbulla bağlı paylaşdığı şəkillər dünən gecə sosial şəbəkələrdə yenidən gündəmə gəlib.

Şəkillərin birində əlində silah olan bir İŞİD-li, Boğaz körpüsündən görülərkən, bu görünüş ağıllara "Reina" hücumunu gətirib.

Xatırladaq ki, İŞİD mənsubu olduğu iddia edilən terrorçunun "Reina" gecə klubuna hücumu nəticəsində 40 nəfər həyatını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol