AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 1988-ci ildə bağlanmış müqaviləyə (nüvə obyektlərinə hücumun qarşısının alınması barədə) uyğun olpraq, Pakistan və Hindistan ötən bazar günü nüvə obyektlərinin siyahısını mübadilə edib. Bu barədə Hindistan xarici işlər nazirliyinin rəsmi saytında məlumat verilir.
«Pakistan və Hindistan bu gün diplomatik kanallar vasitəsilə, Nyü-Dehli və İslamabadda eyni vaxtda, özlərinin nüvə obyektlərinin siyahısını mübadilə ediblər»-deyə, xəbərdə bildirilir.
Sənəddə nəzərdə tutulub ki, iki qonşu nüvə gücü olan dövlət hər il yanvarın 1-də öz ərazisində yerləşən nüvə obyektlərinin siyahısını bir-birinə təqdim etsinlər. Bu, həmin obyektlərə sanksiyalaşdırılmamış hücumların qarşısının alınmasına xidmət göstərir.
Bu tədbir Cənubi Asiyada təhlükəsizliyin təmin olunması məsələsində vacib addımlardan biri sayılır. Bu il tərəflər siyahıları artıq 26-cı dəfədir ki, dəyişirlər. İlk mübadilə 1992-ci il yanvarın 1-də həyata keçirilib.


Şərhlər