Menu

Rusiya İrəvanda ölmüş hərbçisi ilə bağlı araşdırmalara başladı

02.01.2017, 22:44
Rusiya İrəvanda ölmüş hərbçisi ilə bağlı araşdırmalara başladı

Ermənistan paytaxtında meyiti tapılan Rusiyanın Cənub hərbi dairəsinin zabiti ilə bağlı şübhələr var.Qeyd edək ki, yeni ilin ilk günündə İrəvanda yerləşən “Dostluq” mehmanxanasıdakı nömrələrin birində mayor Viktor Yemelyanovun cəsədi tapılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Cənub hərbi dairəsinin mətbuat xidməti ölüm faktı ilə əlaqədar əlavə məlumat yayıb. Məlumata görə, ölən hərbçi Rusiya aviasiya bazasının zabitidir. Yemelyanov Rusiyanın Ermənistandakı bazasında mayor rütbəsi ilə qərargah rəisinin müavini vəzifəsində çalışırmış.

Müayinələr zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətəri aşkar edilməyib. İlkin ehtimallara görə, 45 yaşlı Rusiya vətəndaşı olan zabit ürək tutmasından ölüb. Ancaq şübhələr də yox deyil. Rəsmi məlumata görə, Rusiya hərbi bazasının Ermənistandakı komandanlığı hüquq mühafizə orqanları ilə birgə ölümə səbəb ola biləcək bütün ehtimalları araşdırır. Faktla bağlı cinayət işi qaldırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol