Menu

İstanbulun elit əyləncə mərkəzində güllələnən Nuranə Həsənova - FOTO

02.01.2017, 22:52
İstanbulun elit əyləncə mərkəzində güllələnən Nuranə Həsənova - FOTO

Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən güllələnlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənovanın fotoları yayılıb.

Virtualaz.org xəbər verir ki, tanışları Nuranənin fotolarını paylaşaraq onun həlak olmasına görə sarsıldıqlarını ifadə ediblər.

N.Həsənovanın cənazəsinin bu gün dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilirdi. Rusiyanın İstanbuldakı konsulluğundan bildiriblər ki, Nuranənin bacısı ölüm faktı ilə bağlı sənədləşdirmə ilə məşğuldur və sənədləşdirmə başa çatan kimi cənazə Azərbaycana yola salınacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol