Menu

İraqda 6800-dən çox dinc sakin qarşıdurmaların qurbanı olub

03.01.2017, 13:41
İraqda 6800-dən çox dinc sakin qarşıdurmaların qurbanı olub

2016-cı ildə İraqda 6800-dən çox dinc sakin qanlı qarşıdurmaların qurbanı olub, təxminən 12 300 nəfər xəsarət alıb.

Bu barədə Trend BMT-nin İraqa yardım üzrə Missiyasına (UNAMI) istinadən məlumat verir.

Bu rəqəmə ötən ilin may, iyul, avqust və dekabr aylarında İraqın Ənbər vilayətindəki qurbanların sayı daxil deyil.

Qeyd edək ki, hazırda İraqda Mosulun İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyat davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol