Terrorçuların toplantı keçirdikləri obyektlərə artilleriya zərbələri endirilib
Suriya ordusu Homs əyalətinin şimalında "Nüsra cəbhəsi" terror qruplaşmasının ən azı 7 yaraqlısını, o cümlədən onun liderlərindən birini məhv edib.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, hökumət qüvvələri terrorçuların toplantı keçirdikləri Əl-Mahatta və Cavalek yaşayış məntəqələrindəki obyektlərə artilleriya zərbələri endirib.
Öldürülən terrorçular arasında qruplaşma liderlərindən biri olan Məhəmməd Qasim əl-Haj da var.

Şərhlər