AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, bu ölkənin sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin məhkəməsi iş materiallarının, dinləmələrin məxfiliyi səbəbilə, qapalı rejimdə keçiriləcək. Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla, xəbəri «Rosbalt» yayıb.
«İşdə çoxlu operativ iş materialları, dinləmələr var və onlar məxfi xarakter daşıyır. Ona görə də artıq indidən demək olar ki, məhkəmədə dinləmələr qapalı rejimdə keçəcək» - deyə, nəşr mənbədən sitat gətirir.
Mənbə danışıb ki, ittiham olunan öz günahını etiraf etmək niyyətində deyil. Üstəlik də Ulyukayevin əhatəsində olanlar onun günahkar olmadığına əmindirlər. Guya ki, sabiq nazir «Rosneft»in ofisində ona verilmiş çemodanlarda pul olduğunu bilməyib. Vəkillər israr etmək niyyətindədirlər ki, sabiq nazir İqor Seçinin şəxsi dəvəti ilə onun ofisinə «Başneft» problemini həll etmək üçün yox, problemi müzakirə etmək üçün gəlib.
Bununla bərabər, hüquq-mühafizə orqanlarındakı mənbə əmin olduğunu bildirib ki, Ulyukayevin günahı sübut olunub, o cümlədən, şahid ifadələri və telefon danışıqları ilə.

Şərhlər