Vüqar Gülməmmədov sədrlik etdiyi qurumun heç bir məlumatı təkzib etmədiyini deyir, amma...
“Hesablama Palatası 2013-cü il fəaliyyəti ilə bağlı hesabatındakı hər bir cümlənin arxasındadır”.“APA-Economics”in xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, sədrlik etdiyi qurum heç bir məlumatı təkzib etməyib: "Hesablama Palatası yalnız onu göstərib ki, Hesablama Palatasının fəaliyyəti haqqında hesabata istinadən edilən bəzi məsələlərdən çıxan nəticələrdən razı deyil. Ona görə də məcbur olub Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyi ilə bağlı verilən məlumatların yanlış olduğu ilə bağlı şərh verib".
O qeyd edib ki, ötən il Hesablama Palatasının audit tədbirləri nəticəsində inzibati hüquqpozmalar, korrupsiya ilə bağlı faktlara görə üç audit tədbiri Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edilib: “Digər audit tədbirləri nəticəsində korrupsiya hallarına rast gəlinməyib”.
Qeyd edək ki, Hesablama Palatasının 2013-cü il hesabatında bir cox dövlət qurumlarında milyonlarla manat büdcə vəsaitinin talan edildiyi və təyinatından yayındırıldığı əks olunub. Ancaq qurum nədənsə üç audit tədbirinin nətiçəsini Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Yəqin ki, onlar da kişik idarələr, ya da hansısa qurumun rayon şöbələridir. Bəs maraqlıdır, milyonlar mənimsənilibsə, kimlərin cibinə gedib. Yoxsa buxarlanıb?!
Hörmətli Vüqar Gülməmmədov bir tərəfdən deyir hesabatdakı hər bir cümlənin arxasındayıq, digər tərəfdən də cəmi 3 faktda korrupsiya görür. Digərləri korropsiya deyil nədir, lütvən bunu da izah edin!
Murad
AzPolitikas.info


Şərhlər