Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat" markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub.
Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.


Şərhlər