Menu

Füzuli rayonunda mina partladıcı aşkar edilib

04.01.2017, 18:00

1427352526_minaFüzuli rayonunun Böyük Bəhmənli kəndi-su kanalının yaxınlığındakı otlaq sahəsindən 1 ədəd TM-62 tank əleyhinə minanın partladıcısı (MVÇ-62) aşkar edilərək götürülüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən 4-dək Füzuli rayonunda 1 otlaq sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol