Menu

Türkiyədə dolların məzənnəsi yeni tarixi rekorda çatıb

05.01.2017, 15:03
Türkiyədə dolların məzənnəsi yeni tarixi rekorda çatıb

Türkiyədə ABŞ dollarının məzənnəsi bu dəqiqələrdə tarixi rekord səviyyə - 3,64 TRY/USD-yə yüksəlib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, dolların məzənnəsində gündəlik artım 2%-ə yaxınlaşıb.

Səhər saatlarında 3,56 TRY/USD-yə qədər geriləyən məzənnə, daha sonra dolların qlobal valyuta bazarında bir qədər möhkəmlənməsi və FES-in uçot dərəcəsini artırmağa davam edəcəyi xəbərləri ilə yüksəlməyə başlayıb.

"Report"un analitik qrupu Türkiyədə dolların məzənnəsinin yaxın zamanlarda 3,75 TRY/USD, il ərzində isə 4,05 TRY/USD-yə çatacağını ehtimal edir. Qeyd edək ki, dolların lirə ilə müqayisədə möhkəmlənməsinin digər bir səbəbi də Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırmaq niyyətində olmadığını bildirməsi amili ilə bağlıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol