Menu

Lukaşenko AAİB Gömrük məcəlləsini imzalamayıb!

05.01.2017, 16:19

lukasenko2AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Belarusun Prezidenti Aleksandr Lukaşeno Avrasiya İqtisadi Birliyinin Gömrük məcəlləsini (AAİB GM) imzalamayıb, yalnız danışıqların aparılmasını təsdiqləyib. Belarusun xarici siyasət idarəsinin nümayəndəsi Dmitri Mironçikə istinadla, xəbəri «RİA Novosti» agentliyi yayıb.

Bundan əvvəl məlum olub ki, Lukaşenko Avrasiya İqtisadi Birliyi Şurasının son iclasında iştirak etməyib. Bir qədər sonra Prezident öz fərmanı ilə danışıqların aparılmasını təsdiqləyib.

«Bəzi KİV-lər bu xəbəri heç də lazımi qədər korrekt formada yaymayıb. Gömrük məcəlləsi yox, danışıqların aparılması barədə fərman imzalanıb... müqavilənin bütün prinsipial məqamları bir qayda olaraq, əvvəllcədən razılaşdırılır. Ancaq imzalanana qədərki dövrdə ona düzəliş və ya əlavələr edilə bilər»-deyə, Mironçik dəqiqləşdirib.

Dekabr ayında isə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov xəbər vermişdi ki, Lukaşenkonun danışıqlar prosesində iştirak etməməsi lazımi sənədlərin imzalanmasına təsir göstərməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol