Menu

Prokuror NİDA üzvünə cəza istəyib

05.01.2017, 18:10

qandalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror E. Qəhrəmanlının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses yanvarın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E. Qəhrəmanlı barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol