Türkiyənin İzmir şəhərində partlayıcı yüklənmiş avtomobil və müxtəlif partlayıcı qurğularla böyük qətliam həyata keçirməyə çalışan terrorçuların qarşısının alınmasında Fethi Sekin adlı polisin xüsusi rolu olub.
Axar.az xəbər verir ki, terrorçuların planlarından vaxtında xəbər tutan polis, son gülləsinə qədər onlarla atışıb. Lakin Fethi Sekin həyatını itirib.
Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Veysi Kaynak və İzmir valisi Erol Ayyıldız da adıçəkilən polisin qəhrəmanlığına xüsusi diqqət çəkib.


Şərhlər