Menu

Con Kerri siyasətdən gedir

06.01.2017, 10:40
Con Kerri siyasətdən gedir

ABŞ dövlət katibi Con Kerri yanvarın 20-də istefa verdikdən sonra dövlət qulluqçusu karyerasını başa vuracaq.

"Report" xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

73 yaşlı C.Kerri 2013-cü ilin fevral ayından dövlət katibi vəzifəsində çalışır və Barak Obama administrasiyası ilə birlikdə istefaya gedəcək.

Qeyd edək ki, C.Kerri təxminən 30 il ərzində Massaçusets ştatından senator olub. O, 2004-cü ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasından namizəd olsa da, seçkilərdə ikinci müddətə dövlət başçısı seçilən kiçik Corc Buşa məğlub olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol