Menu

Suriyadakı münaqişə zonasını ilk olaraq «Admiral Kuznetsov» tərk edir

06.01.2017, 13:38

-general-valery-gerasimov

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Suriyadakı münaqişə zonasını Rusiya tərəfdən ilk olaraq «Admiral Kuznetsov» aviadaşıyıcısı tərk edəcək. Onunla bərabər «Böyük Pyotr» kreyseri və digər müşayiətçi gəmilər də gedəcək.

Xəbəri Rusiya Federasiyası Silahlı Qüvvələrinin (RF SQ) Baş qərargah rəisi Valeri Gerasimov yayıb.

Gəmilər bölgəni, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının ixtisarı planı çərçivəsində tərk edir.

Gerasimov onu da xatırladıb ki, dekabrın 30-dan başlayaraq, Suriyada atəşkəs rejimi qüvvəyə minib. Atəşkəs rejimi terrorçu birləşmələrə şamil olunmur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol