Menu

Kürdəmirdə baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb

06.01.2017, 21:06
Kürdəmirdə baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə bu gün axşam saatlarında Ağsu- Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-sor kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayon sakini 1957-ci il təvəllüdlü Ağa Xanlar oğlu Mirzəyevin idarə etdiyi “QAZ-53” markalı maşınla Ağcabədi rayon sakini 1974-ci il təvəllüdlü Elşad Mamed oğlu Axundovun idarə etdiyi “Mercedes” markali minik maşını toqquşub.

Nəticədə minik maşınının sürücüsü E. Axundov və sərnişini 1976-cı il təvəllüdlü Elnur Surxay oğlu Əliyev müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı payon polis şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol