AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Filippinin Prezidenti Rodriqo Duterte Rusiyanın Sakit okean donanmasının nümayəndələri ilə görüşüb və qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə edib. Xəbəri «Röyter» agentliyi yayıb.
Rusiyanın Sakit okean donanmasının komandan müavini kontr-admiral Eduard Mixaylovla görüş zamanı Duterte, ABŞ-la gərgin münasibətlərin fonunda Moskvanın hərbi yardımına ümidli olduğunu dilə gətirib. Rusiya Federasiyası hərbi-dəniz donanmasının nümayəndələri ilə söhbət «Admiral Tributs» qayıq əleyhinə gəmisinə baxış zamanı baş tutub. Gəmi «Boris Butoma» tankeri ilə bu ada dövlətinə 4 günlük səfərə gəlib.
«Biz, Rusiyadan olan dostlarımızı salamlayırıq. Siz, istənilən vaxt bizim limanlarımızda lövbər sala bilərsiniz - əylənmək üçün, ehtiyatlarınızı artırmaq və hətta müttəfiq qismində bizi qorumaq üçün»-deyə, dövlət başçısı bəyan edib.
Rusiya gəmiləri ərzaq ehtiyatlarını artırmaq və komandaların istirahətini təmin etmək məqsədilə Manila limanına daxil olub. Çərşənbə axşamı Mixaylov bəyan edib ki, Rusiya terrorçuluq və piratçılıqla mübarizə işinə kömək üçün Filippin tərəfi ilə birgə təlimlər keçirmək istərdi.
Filippin ABŞ-n keçmiş müstəmləkəsi və ənənəvi müttəfiqidir. Son vaxtlar bu ölkə Çin və Rusiya ilə münasibətlərin yaxşılışdırılması yoluna qədəm qoyub. Duterte dəfələrlə ABŞ-ın ünvanına tənqidlərlə çıxış edib, bu ilin aprelində isə onun Moskvaya səfəri gözlənilir. Rusiyanın Sakit okean donanmasının bu ölkəyə gəlməsi iki ölkə arasındakı belə təmasların ilkidir.
Bundan əvvəl xəbər verilib ki, Filippin Prezidenti Rodriqo Duterte yaxın iki il ərzində ölkəsini ABŞ-n hərbi iştirakından qutarmaq niyyətindədir.

Şərhlər