Menu

AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

07.01.2017, 09:24
AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin vaxtı məlum olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Preda yanvarın 12-də Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a AŞPA-nın mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Səfər yanvarın 14-də yekunlaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol