Menu

Yaponiya təhqir olundu - Səfirini geri çağırdı!

07.01.2017, 12:29
Yaponiya təhqir olundu - Səfirini geri çağırdı!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyada ucaldılmış bir abidəyə görə, Yaponiya özünü təhqir olunmuş hesab edərək, bu ölkədəki səfirini geri çağırmaq qərarına gəlib.

Rəsmi Tokionun fikrincə, belə hərəkətlər ikitərəfli münsibətlərə arzuolunmaz təsir göstərir.

Səfir Yasumasu Naqaminenin Cənubi Koreyadan geri çağırılması, 20-ci əsrin birinci yarısında yapon işğalı zamanı bu ölkədə yapon hərbçiləri tərəfindən seksual təcavüzə məruz qoyulmuş qadınların xatirəsinə abidə ucaldılmasına cavab tədbiri kimi qiymətləndirilir. Abidə Pusan şəhərindəki Yaponiya konsulluğunun qarşısında qoyulub.

«Belə hərəkətlər ikitərəfli münasibətlərə azuolunmaz təsir göstərir - bu, qəbuledilməzdir. Biz, qərara gəldik ki, müvəqqəti olaraq, Cənubi Koreyadakı səfirimiz Yasumasu Naqamineni geri çağıraq» - deyə, Yaponiya nazirlər kabinetinin baş katibi Yosixide Suqanın mətbuat konfransındakı nitqindən sitat gətirilir.

Abidə ictimai xadimlərin təşəbbüsü əsasında meydana gəlib və dekabrın 28-də ortaya qoyulub. Ancaq elə həmin gün onu yığışdırmaq lazım gəlib. Belə ki, abidənin qoyulması Pusan şəhərinin hakimiyyəti ilə razılaşdırılmayıb. Dekabrın 30-da fəallar meriyadan icazə alaraq, abidəni təkrar olaraq Yaponiyanın diplomatik nümayəndəliyinin yaxınlığında ucaldıblar.

1910-1945-ci illərdə Koreya Yaponiyanın müstəmləkəsi olub və suverenliyə malik olmayıb. «Rahatlanmaq üçün qadın» ifadəsi yapon hərbi fahişəxanalarında məcbur işlədilən koreyalı qızlar və qadınlar üçün evfemizm (evfemizm - qeyri-senzor ifadəni əvəzləyən ifadə mənasına gəlir) olub. Cənubi Koreya fəalları hesab edirlər ki, həmin dövrdə 200 mindən artıq qadın seksual təcavüzə məruz qoyulub.

2015-ci ilin dekabrında Yaponiya tərəfi «rahatlanmaq üçün qadın» probleminə görə özünün «dərin məsuliyyət» hissi keçirdiyini etiraf edib, bundan bir qədər əvvəl isə Tokio Cənubi Koreyanın «Barışıq və sağalmaq Fondu»na 8,5 milyon dollar vəsaitin ayrılmasını təsdiqləyib. Bu fond yapon işğalı zamanı seksual təcavüzə məruz qalmış qadınlara köməklik göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol