Menu

ABŞ Konqresi Trampı və Pensi yeni vəzəfələrə təsdiqlədi

07.01.2017, 16:01
ABŞ Konqresi Trampı və Pensi yeni vəzəfələrə təsdiqlədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konqresi və Nümayəndələr Palatası cümə günü Donald Trampın və Maykl Pensin namizədliyini rəsmi olaraq, yeni Prezident və vitse-prezident vəzifələrinə təsdiqləyib.

ABŞ vitse-prezidenti Cozef Baydenin sədrliyi ilə keçən iclasda ştatlar üzrə səsvermə sertifikatlarının məlumatı (bir ştat - bir səs hesabı ilə) elan olunub. Qələbəni Respublikaçılar partiyasından olan Tramp-Pens cütlüyü qazanıb.

Səsvermə zamanı dəfələrlə «Rusiya müdaxiləsi» və seçki prosesində «seçicilərə təzyiq göstərilməsi» arqumentləri xatırladılmaqla, etirazlar səslənib. Ancaq bütün etirazlar rədd edilib. Son nəticələrə uyğun olaraq, Donald Tramp 304 səs, onun rəqibi Hillari Klinton isə 227 səs toplayıb. Vitse-prezident postuna Mayk Pensin namizədliyi 305 seçkiçinin səsini alıb.

Bununla bərabər, ilkin mərhələdə - ümumxalq səsverməsinin gedişi zamanı Klinton Trampdan 3 milyon artıq seçicinin səsini toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol