"AzPolitika.info" Türk KİV-ə istinadən xəbər verir ki, Əl Babda terror təşkilatı İŞİD-ə aid 35 hədəf hava zərbələri ilə məhv edilib. Əməliyyat nəticəsində İŞİD-in 3 yüksək rütbəli döyüşçüsü də daxil olmaqla, 37 üzvü məhv edilib. İŞİD militanları ilə qarşıdurmada bir əsgər şəhid olub.
TSQ-dan verilən məlumata görə, Türk Silahlı Qüvvələri İŞİD başda olmaq üzrə terror təşkilatlarının yaratdığı təhdidi aradan aradan qaldırmaq, təhlükəsizliyini artırmaq və koalisiya güclərinə dəstək vermək məqsədiylə başladılan "Fərat Qalxanı" hərəkatının 137-ci günündə əməliyyatlar davam edir.

Şərhlər