Menu

“Apple” şirkətinin direktorunun maaşı 1.5 milyon dollar azalıb

08.01.2017, 12:54
“Apple” şirkətinin direktorunun maaşı 1.5 milyon dollar azalıb

ABŞ-ın “Apple” şirkətinin direktoru Tim Kukun maaşında azalma olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına görə, şirkətdən yayılan hesabatda 1,5 milyon dollarlıq azalmanın olduğu açıqlanıb. Nəticədə Tim Kukun maaşı aylıq 8,7 milyon dollara qədər azalıb.

Buna səbəb “iPhone 7”lərin satışında gözlənilən nəticənin əldə olunmaması göstərilib. Belə ki, 215,6 milyard dollar qazanan Apple gözlənilən 223,6 milyarda çata bilməyib.

Qeyd edək ki, Apple 2015-ci ildə 234 milyard dollar qazanaraq rekorda imza atmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol