Hazırda Moskvada olduqca soyuq hava şəraitii hökm sürür
Bu gün 13:35-də Moskva şəhərindən (Rusiya) Bakıya uçmalı olan "S7 3355" saylı aviareysin vaxtında gecikmə yaranıb.
"Report" xəbər verir ki, bu barədə "Domodedovo" aeroportunun onlayn tablosunda məlumat yerləşdirilib.
Rusiyanın "S7 Airlines" aviaşirkətinə məxsus "Airbus A319" təyyarəsi 16:35-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməli idi.
Qeyd edək ki, "Domodedovo" hava limanında ümumilikdə 32 reys gecikir və 2-si təxirə salınıb.
Hazırda Moskva regionunda olduqca soyuq hava şəraiti hökm sürür.


Şərhlər