Menu

Suriyada partlayış nəticəsində 5 dinc sakin ölüb

08.01.2017, 15:13
Suriyada partlayış nəticəsində 5 dinc sakin ölüb

Terror aktı zamanı 15 nəfər yaralanıb

Suriyanın Dəməşq əyalətinin qərbində baş verən partlayış nəticəsində ən azı 5 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

İlkin məlumata görə, Sasaa yaşayış məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.

Bundan əvvəl 2 nəfərin öldüyü və 10 nəfərin yaralandığı, onların arasında iki uşaq və 7 qadının olduğu bildirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol