Menu

Donbasda altı Ukrayna hərbçisi yaralanıb

08.01.2017, 16:56
Donbasda altı Ukrayna hərbçisi yaralanıb

Ötən sutka ərzində anti-terror əməliyyatlarının aparıldığı zonada 6 Ukrayna hərbçisi yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Motuzyanik məlumat verib.

"Bu, iki qaynar nöqtədə baş verib, o cümlədən üç hərbçi Luqansk istiqamətində, Troitski qəsəbəsi yaxınlığında düşmənin minaatanlardan atəş açması, daha üç hərbçi isə Krımski yaşayış məntəqəsi ərazisində qarşı tərəfin təxribatı nəticəsində yaralanıb", - deyə o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol