Menu

"Neftçi” çexiyalı futbolçu ilə müqavilə imzalayıb

08.01.2017, 19:14
"Neftçi” çexiyalı futbolçu ilə müqavilə imzalayıb

27 yaşlı müdafiəçi ilə 1 illik anlaşma əldə olunub

Türkiyənin Antalya bölgəsində hazırlığını davam etdirən "Neftçi” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, çexiyalı Pavel Dreksadır.

27 yaşlı müdafiəçi ilə 1 illik anlaşma əldə olunub.

Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş Dreksa "Siqma”, "Banik” "Znoymo” və "Karvina” klublarında çıxış edib. O, "Neftçi”də 6 nömrəli forma ilə meydana çıxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol