Menu

Türkiyə Suriyada 32 terrorçunu zərərsizləşdirib

08.01.2017, 19:52

turkiye-ordusu-tank-suriyaYaraqlıların 292 obyektinə raket və artilleriya zərbəsi endirilib

Türkiyə Silahlı Qüvvələri sutka ərzində Suriyanın Əl-Bab, Bzaqah, Kəbir əl-Mülk və digər rayonlarında İŞİD terror qruplaşmasının 32 üzvünü zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahına istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, yaraqlıların 292 obyektinə, o cümlədən komanda məntəqələri, müdafiə istehkamları və qərargahlarına raket və artilleriya zərbələri endirilib. Eyni zamanda 23 əldəqayırma partlayıcı qurğu məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol