Menu

İraq ordusu ilk dəfə Dəclə çayının sahilinə çıxıb - Mosul əməliyyatı

08.01.2017, 21:05
İraq ordusu ilk dəfə Dəclə çayının sahilinə çıxıb - Mosul əməliyyatı

Şəhərin İŞİD-dən azad olunması üzrə əməliyyat 2016-cı ilin oktyabrında başlayıb

İraqın elit anti-terror dəstələrinin hərbçiləri Mosulda aparılan əməliyyatlar zamanı ilk dəfə olaraq şəhərin iki hissəsini birləşdirən Dəclə çayının sahilinə çıxıblar.

"Report" xəbər verir ki, bu barədə hərbçilərin nümayəndəsi Sabah an-Numan "Reuters"ə bildirib.

Mosulun İŞİD terrorçularından azad olunması üzrə əməliyyat 2016-cı ilin oktyabrından davam edir.

Onun sözlərinə görə, hərbçilər bazar günü gedən döyüşlər nəticəsində Mosulun şərqi ilə qərbini birləşdirən Dəclə çayı üzərindəki dağıdılmış körpülərdən birinə çatıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol