«AzPolitika.info»nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilmiş Prezidenti Donald Tramp özünün «Tvitter»dəki rəsmi səhifəsində Böyük Britaniyanın Baş naziri Tereza Meylə görüşməyi səbirsizliklə gözlədiyini yazıb.
«Mən, yazda Baş nazir Tereza Meylə Vaşinqtonda görüşməyi səbirsizliklə gözləyirəm. Böyük Britaniya ABŞ-n çoxdankı və məxsusi müttəfiqidir» - Tramp öz səhifəsində belə yazıb.
Xatırladaq ki, yanvarın 6-da belə bir informasiya ortaya çıxıb ki, Tereza Mey ABŞ-a gəlmək və yeni Prezident Donald Trampla görüşmək niyyətindədir. Ancaq görüşün konkret nə vaxt baş tutacağı barədə məlumat verilmir.

Şərhlər