Menu

«ABŞ Avropanı «barıt çəlləyi»nə çevirir!» - "Rusiyanın cavabı mütləq olacaq"

09.01.2017, 17:11

150310174613_us_tanks_640x360_reuters_nocredit«AzPolitika.info»nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Feredasiya Şurası müdafiə və təhlükəsizlik üzrə Komitəsi sədrinin birinci müavini Frans Klintseviç bəyan edib ki, öz hərbi qüvvələrini və hərbi texnikasını Avropaya göndərməklə, Amerika Birləşmiş Ştatları (ABŞ) bölgəni barıt çəlləyinə çevirir və Rusiya tərəfindən sərt cavaba doğru «can atır».

«Həyasız, nümayişkəranə və eqoist kimi epitetlər ABŞ-ın bu addımını xarakterizə etmək üçün ağıla gələn ən yumşaq epitetlərdir. ABŞ və NATO şüurlu şəkildə bizim tərəfimizdən sərt cavaba doğru can atır. Bu cavab mütləq olacaq! Həm də bizim Polşa və Baltik dövlətləri ilə sərhədlərimizin bütün perimetri üzrə - harada ki, okeanın o tayından gətirilmiş hərbi texnika yerləşdiriləcək - olacaq» - deyə, Klintseviç bəyan edib.

«Rusiyanın öz təhlükəsizlyini təmin etmək imkanlarına mənim şübhəm yoxdur. Eyni zamanda, açıq-aşkardır ki, Avropa barıt çəlləyinə çevrilir» - deyə, senator əlavə edib.

Almaniyanın Bremerhafen limanında ABŞ-dan göndərilmiş hərbi texnikanın (yüzlərlə tank, özüyeriyən haubitsa və başqa hərbi maşınlar) gəmilərlən boşaldılmasına başlanması barədə yayılan xəbərlərə Klintseviç belə reaksiya verib. «BBC»-nin məlumatına görə, bu, soyuq müharibənin başa çatmasından sonrakı dövrdə ABŞ-dan Avropaya göndərilən ən böyük zirehli tank briqadasındır

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol