Menu

SAM-da hansı işçinin otağından oğurluq edildiyi açıqlandı - FOTO

09.01.2017, 14:11
SAM-da hansı işçinin otağından oğurluq edildiyi açıqlandı - FOTO

Strateji Araşdırmalar Mərkəzində (SAM) hansı işçinin otağından oğurluq edildiyi məlum olub.

SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rəşad Kərimovun iş otağındakı seyfindən 1500 manat və 6000 ABŞ dolları oğurlanıb.

Xatırladaq ki, hadisə yanvarın 5-də baş verib. Oğurluqla bağlı ötən həftənin şənbə günü DİN məlumat yayıb. Məlumatda bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.  /“Report”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol