Menu

Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə Karlov küçəsi adlandırıldı

10.01.2017, 00:05

ankara_291113Türkiyənin paytaxtı Ankarada Rusiya səfirliyinin yerləşdiyi küçə həlak olmuş Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun adını aldı.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, qərar yekdilliklə Ankara şəhər bələdiyyəsinin yığıncağında qəbul edilib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol