Menu

"Prezidentləri həvəsləndirməyə davam edirik" - Amerikalı həmsədr

10.01.2017, 12:05
"Prezidentləri həvəsləndirməyə davam edirik" - Amerikalı həmsədr

"ABŞ hökuməti həmsədrlərin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir".

Bunu APA-ya Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland deyib.

Diplomat qeyd edib ki, həmsədrlər tərəflərlə uzunmüddətli həllə gətirib çıxara biləcək istənilən yolla işləmə hazırdırlar.

"Biz əsas məsələləri, o cümlədən atəşkəs rejiminə hörmət, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılıqları tam həyata keçirmək istiqamətində addımlar atılmasını müzakirə etmək üçün prezidentləri və xarici işlər nazirlərini ilk fürsətdə görüşə həvəsləndirməyə davam edirik", - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol