Menu

Beynəlxalq Banka yeni sədr təyin edilib

10.01.2017, 16:44
Beynəlxalq Banka yeni sədr təyin edilib

Bu gün Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinə yeni sədr təyin edilib. Bu vəzifəyə Xalid Əhədov təyinat alıb.

Xalid Əhədov 1998-ci ildən bank sektorunda fəaliyyət göstərir. Bundan əvvəl o, “Unibank” ASC-nin baş icraçı direktoru, “Bank Standard” KB-nın baş direktor vəzifəsində işləyib.

Qeyd edək ki, Xalid Əsədov keçmiş millət vəkili Nürəddin Əhədovun oğludur. Nürəddin Əhədov 1990-95-ci illərdə Azərbaycan Parlamentinin üzvü olub. 1993-cü ildən Müsavat Partiyasının üzvü olan Nürəddin Əhədov 1995-2005-ci illərdə Müsavat Divanının üzvü və bir müddət partiyanın Nəsimi rayon təşkilatının sədri olub.

Nürəddin Əhədov hazırda 5 saylı Klinika Xəsatəxanada kardioloq kimi çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol