«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Litvada keçirilən hərbi təlimlərin gedişində ABŞ və Kanadanın hərbi mühəndisləri aşkar ediblər ki, qədim sədd üsullarından biri - «qalaq» - indinin özündə də tankı asanlıqla dayandıra bilir. Xəbəri «Guns.com» nəşri yayıb.
ABŞ quru qoşunları 54-cü briqadası mühəndis taborunun hərbi qulluqçuları və Kanadanın 1-ci mühəndis alayının mühəndisləri bu yaxınlarda Litvada keçirilən hərbi təlimlər zamanı «düşmən hərbi hissəsi»ni ağaclardan düzəldilmiş «qalaq»lar vasitəsilə dayandıra biliblər.
Hesab edilir ki, bu üsulla insanlar hələ qədim Roma imperiyası dövründən müdafiə olunublar.

Şərhlər