Menu

Amerikalı məmurlar Tayvan liderini təhqir ediblər! - Yersiz bəxşişlə

11.01.2017, 00:01
Amerikalı məmurlar Tayvan liderini təhqir ediblər! - Yersiz bəxşişlə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Hyustona gəlmiş Tayvan administrasiyasının başçısı Tsay İnvenlə görüş zamanı Texasın qubernatoru Qreq Ebbott və amerikalı senator Ted Kruz utanclı vəziyyətə düşüb.

«Foreign Policy» nəşri xəbər verir ki, danışıqlardan əvvəl tərəflər bir-birinə hədiyyələr təqdim ediblər. Ancaq amerikalı siyasətçilər öz bəxşişlərini qonaq xanıma təqdim etməzdən əvvəl, zəhmət çəkib Tayvanın ənənələri ilə tanış olmayıblar.

Nəticədə, xanım Tsay İnvenə üzərində Texas ştatının gerbi həkk olunmuş saat veriblər. «Saat bağışlamaq» sözbirləşməsi Çin dilinə tərcümədə «dəfndə iştirak etmək» mənasına gəlir. Məhz bu səbəbdən dolayı, Tayvanda belə bəxşiş nəhs əlamət sayılır. Çünki bəxşişi verən faktiki olaraq, digər birisinin vaxtını ölçmüş olur.

Tsay İnvenin özünün bu yersiz bəxşişə reaksiyası barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol