AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələri (HDQ) üçün göyərtəsində ballistik raketlər gəzdirən yeni sinif sualtı qayıqların işlənməsinə başlayacaq. Artıq proqram prosedur razılaşdırmalardan keçib və işlənmək mərhələsinə adlayıb. Xəbəri «Defense News» nəşri yayıb.
Proqram əsasında 2030-cu ilin ortalarına qədər 12 ədəd «Kolumbiya» sinifli, ümumi dəyəri 128 milyard dollar (2017-ci ilin qiymətləri ilə) təşkil edəcək sualtı qayıq işlənməli və tikilməlidir.
İlk sualtı qayığın istehsalına artıq 2021-ci ildə başlanacağı gözlənilir, 2031-ci maliyyə ilində isə sualtı gəmi ilk səfərə çıxacaq.
Sualtı gəmilərin arsenalında «Lockheed Martin» şirkətinin istehsalı olan Trident V5 ballistk raketləri də olacaq.
«Kolumbiya» sinifli sualtı qayıqların baş podratçısı «General Dynamics Electric Boat» şirkətidir.


Şərhlər