Menu

FİFA reytinqində Azərbaycan millisinin yeri dəyişmədi

12.01.2017, 15:39

FIFA_logo_031012Futbol üzrə milli komandaların yanvar ayı üçün yeni dünya reytinq cədvəli açıqlanıb. Ötən ay tərtib olunan siyahıda cüzi dəyişikliklər olub.

Dekabrda açıqlanan siyahıdan sonra heç bir rəsmi matça çıxmayan millimizin də xal və mövqeyi dəyişməz qalıb. Ötən ay olduğu kimi, bu ay da komandamızın aktivində 386 xal var.

Bu nəticə ilə millimiz 90-cı pillədə qalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol