Menu

Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri təxirə salınıb

14.05.2014, 10:48
Türkiyə müdafiə nazirinin Azərbaycana səfəri təxirə salınıb

Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın mayın 14-də Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salındığı bildirilir.

Qeyd edək ki, İ. Yılmazın mayın 14-15-də Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulurdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol