Menu

19 yaşlı qız intihar etdi

13.01.2017, 09:29
19 yaşlı qız intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, rayonun Fətullaqışlaq kənd sakini 1994-cü il təvəllüdlü Tünzalə Əliyeva özünü yaşadığı evin yardımçı təsərrüfatında asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İntiharın səbəbi araşdırmalardan sonra məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol