Menu

Səhiyyə naziri istefa verdi! - Bahalı mənzil alıbmış

13.01.2017, 17:43
Səhiyyə naziri istefa verdi! - Bahalı mənzil alıbmış

Avstraliya səhiyyə naziri Syuzan Li dövlət vəsaitlərinin istiqamət üzrə xərclənməməsi ittihamları fonunda istefa verib.

Bu barədə RİA "Novosti"yə bildirilib.

Qeyd edək ki, nazir ətrafında qalmaqal S.Linin dəbdəbəli "Gold Coast" kurortuna səfərləri ilə əlaqədar yaranıb. Belə ki, səfərlərin xərcləri əsasını vergi ödəyicilərinin vəsaitləri təşkil edən fondun hesabına ödənilib. Üstəlik, belə səfərlərin birində S.Li təxminən 800 min dollar dəyərində olan lüks mənzil alıb.

media24az1484297639syuzan

Xatırladaq ki, səhiyyə nazirinin istefası 2015-ci ilin sentyabr ayında hakimiyyətə gələn baş nazirin kabinetində ilk dəyişiklik olub. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol