Menu

2 milyon rublun ölkədən çıxarılmasının qarşısı alındı

13.01.2017, 15:42
2 milyon rublun ölkədən çıxarılmasının qarşısı alındı

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda “Şıxlı” sərhəd-nəzarət buraxılış məntəqəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat zamanı Gürcüstana gedən 2 Azərbaycan vətəndaşının üzərində müvafiq qanunvericiliyə uyğun olaraq şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxslərdən birinin ayaqqabılarının içərisindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına əvvəlcədən bəyan edilməyən 1 milyon, digərinin üzərindəki gödəkçənin cibindən isə sellofan paketdə bükülü vəziyyətdə 400 min rubl aşkar edilib.

“Sınıq Körpü” gömrük postunda aşkar edilən daha bir valyuta qaçaqmalçılığı faktı üzrə isə Gürcüstana gedən Azərbaycan vətəndaşının üzərindəki gödəkçənin cibindən gömrük nəzarətindən gizlədilən 600 min rubl aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol