AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Trampın avtomobili gözyaşardıcı qaz, qurğuşun qırmalarla doldurulan ov tüfəngi və qan ehtiyatı ilə təchiz olunucaq.
Limuzin markalı avtomobil ABŞ məxfi xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işlənib hazırlanıb.
Ən yeni limuzin «General Motors» şirkəti tərəfindən, ABŞ xüsusi xidmələri ilə birgə işlənib və ABŞ Prezidentinin təhlükəsizliyinin təmin olunması üçün ən qabaqcıl texnologiyalar əsasında quraşdırılacaq.
İki il ərzində işlənib hazırlanan «Cadillac Monster 2» 20 santimetrlik zirehlə, qurğuşun qırmalarla atəş açan ov tüfəngilə, göyaşardıcı qazla atəş açan top qülləsi, süni həyat aparatı və qan ehtiyatı balonu ilə təchiz edilib.
Amerika KİV-nin məlumatına görə, prezidentin yeni limuzini geniş əhali kütləsinə Donald Tampın inauqurasiya günü təqdim olunacaq.


Şərhlər