AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Niderland dəmir yolu özünün elektrikləşdirilmiş hissəsini tam olaraq, «külək stansiyaları»nda istehsal olunan enerji ilə təmin edir və yaxın illərdə şəbəkənin ikinci dərəcəli hissəsinin (hələ ki, teplovozlarla xidmət göstərilən seqment) də elektrikləşməsini başa çatdırmaq niyyətindədir.
Bir neçə il bundan əvvəl Niderland dəmir yolu 2016-cı ildə sahənin 70 faizini, 2019-cu ildə isə 100 faizini külək enerjisinə keçirməyi qarşıya məqsəd qoymuşdu.
Ancaq eyni vaxtda bir neçə külək elektrik stansiyasının (KES) tikinti işlərinin gözlənildiyindən daha tez başa çatdırılması artıq 2017-ci ilin əvvəlində sahənin istehlakının tam təmin edilməsinə imkan yaradıb. Bundan əvvəl burada daşınmalar qaz-istilik elektrik stansiyalarının (İES) enerjisi hesabına həyata keçirilirdi.
Hollandiya dəmir yolunun elektrikləşdirimiş hissəsi bir şirkətin əlində cəmləşib. Sahənin ümumi enerji istehlakı ildə 1,2 milyard kilovat-saata bərabərdir. Bu, hərəsi 2 meqavat olmaqla, 2300-2400 külək stansiyasının gücünə bərabərdir.


Şərhlər