AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni Prezidenti Donald Tramp antirusiya sanksiyalarını «ən azı bir müddət» qüvvədə saxlamaq niyyətindədir.
Bu barədə Prezident «Uoll Strit journal» nəşrinə verdiyi müsahibədə bəyan edib. Bu zaman o, müəyyən şərtlər daxilində sanksiyaların götürülməsini də istisna etməyib.
Məsələn, «əgər Moskva terrorçuluqla mübarizədə və ya ABŞ üçün əhəmiyyətli olan digər məqsədlərə çatmaqda öz faydalılığını sübut edə bilsə, sanksiyaların aradan götürülməsi barədə düşünmək olar».


Şərhlər