Menu

Türkiyədə PKK-ya qarşı əməliyyat - İki əsgər şəhid olub, ikisi yaralanıb

14.01.2017, 11:34
Türkiyədə PKK-ya qarşı əməliyyat - İki əsgər şəhid olub, ikisi yaralanıb

Türkiyənin Bitlis şəhərində PKK terror təşkilatına qarşı keçirilən əməliyyatda 2 əsgər şəhid olub, 2-i yaralanıb.

APA-nın “Habertürk”-ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Bitlis Jandarma Komandalığı yayıb.

Yaralı əsgərlərin vəziyyətinin ağır olmadığı bildirilib.

"Qüvvələrimiz yerli əhalinin dəstəyi ilə təhlükəsizlik və sabitliyi təmin etmək üçün bölgədə terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”, - deyə məlumatda vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol