Menu

AB Suriya danışıqlarına dəvət edilmədi

14.01.2017, 13:51
AB Suriya danışıqlarına dəvət edilmədi

ABŞ Türkiyə və Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi danışıqlara rəsmi dəvət almayıb.

APA-nın “milliyet.com”a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib.

“Dövlət katibimiz rusiyalı və türkiyəli həmkarları ilə əlaqə saxlayaraq Suriya məsələsini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya rəsmləri Moskvada bir araya gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol