Mən vahid Çin strategiyasını yenidən müzakirə etməyə hazıram. Axar.az xəbər verir ki, bunu “Vol Strit Jurnal” qəzetinə müsahibəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp söyləyib.
Tramp müsahibəsində Çini yenidən valyuta manipulyatoru adlandırıb: “Bizim şirkətlər Çin kompaniyaları ilə rəqabət apara bilmirlər. Səbəb sadədir. Bizim valyuta güclüdür və bu bizi öldürür”.
Qeyd edək ki, bundan öncə ABŞ-ın yeni prezidenti Donald Tramp Tayvan lideri ilə telefonla danışıb. Trampın bu addımı Pekinin etirazına səbəb olub. Tayvanı öz ərazisi sayan Çin Trampdan Tayvan rəhbərliyi ilə əlaqələrini dayandırmağı tələb edib.


Şərhlər