İstanbul Baş prokurorluğunda Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub mediyaya qarşı aparılan istintaqın ilk hissəsi tamamlanıb. İstintaqda "fuatavni"nin (Fuat Avni) kim olduğunun müəyyən edildiyi bildirilib.
"AzPolitika.info" Türkiyə medasına istinadən xəbər verir ki, istintaq çərçivəsində təşkilatın Fuat Avni adlı sosial şəbəkə hesabının kim tərəfindən və necə qurulduğu deşifrə edilib.
"Məhəmməd Səid Solak" adıyla qurulan hesabı incələyən vəkillər Solakın, 2012-ci ildə məhkəmə qərarı ilə adını Səid Səfa edən jurnalist Səid Səfa olduğu məlumatına çatdığı iddia edilib.
14 fevral 2014-cü ildə "FUATAVNİ"yə çevrildi
Hesabın 14 fevral 2014-cü ildə "fuatavni"yə çevrildiyi, Səid Səfanın" fuatavni" xəbərini ilk paylaşan, yazar olaraq görüldüyü və saytda bu hesabın tanıtılmasını təmin etdiyi bildirilir.
Mütəxəssislərin isə "Qorxma titrə" və "məğlub olanlardansınız" ifadələrinin, Səfanın yazım dilinə uyğun olduğunu söylədiyi bildirilir.
Hesab açıldıqdan sonra ŞİFRƏSİ təşkilatla paylaşılıb
Prokurorluğun çatdığı məlumatlara görə Fuatavni adlı hesab açıldıqdan sonra təşkilatın anonim hesabı halına gəldiyi və şifrəsi təşkilatın rəhbər şəxslərinin adları ilə paylaşılıb.
İstanbul Baş prokuroru Murat Çağla tərəfindən aparılan istintaqda Səid Səfanın yanında, birlikdə işlədiyi Davut Aydın adlı adam da şübhəli şəxs olub.
AzPolitika.info


Şərhlər